• 12:15 – Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi 12:09 – Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL 11:43 – Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı 11:29 – Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ 11:26 – Milli komandamız bu gün Litvanı qəbul edir 
  • 15:21 – İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 13:21 – Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq 

Allahşükür Paşazadədən Türkiyə ilə bağlı MESAJ

“Türkiyəyə qarşı yönələn hər bir addım Azərbaycana qarşı atılan addımdır”.

VOİCEPRESS-in məlumatına görə, bunu bu gün Bakıda Heydər məscidində Türkiyədə 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı həlak olanların ildönümü münasibətilə qılınan vəhdət namazı zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
A.Paşazadə bildirib ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərini, bu dostluğu qısqananlar var:

"Ötən ilin 15 iyulunda Türkiyədə törədilən terror hamımızın acısıdır. Bəzi qüvvələr FETÖ-çuların əli ilə Türkiyədə terror törətdi, türkü türkə qarşı qoydu. 250 şəhid verən Türkiyə bu terrorun qarşısını aldı. Əgər bu cəhd baş tutsaydı, həmin hadisə Azərbaycanın da müstəqilliyinə xələl gətirəcəkdi. Biz terrorun nə olduğunu bilirik və acısını çəkmişik. Biz həmişə Türkiyənin yanındayıq və sona qədər də belə olacaq. Türkiyə bizə qardaş ölkədir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu qardaşlıq bu gün də davam edir. Biz bir millət, iki dövlətik".

A.Paşazadə bildirib ki, bəzi qüvvələr bu cür terror törətməklə İslam dinini dünyaya terror dini kimi tanıtmaq istəyir: "Amma onların bu cəhdləri baş tutmayacaq. İslam həmrəylik, sülh, qardaşlıq dinidir".

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter