• 12:15 – Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi 12:09 – Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL 11:43 – Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı 11:29 – Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ 11:26 – Milli komandamız bu gün Litvanı qəbul edir 
  • 15:21 – İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 13:21 – Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq 

Azərbaycan Prezidenti: "Hacı Cavad məscidinin yeni binasının tikintisi sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin"

"Hacı Cavad məscidinin yeni binasının tikintisi sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin".

VOİCEPRESS
xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Bakı şəhərində böyük yol infrastrukturu layihələri icra edilir, yeni yollar açılır: "Bu yaxınlarda da yeni yol açılmışdır. "Sovetski" adlanan ərazidə müasir yol infrastrukturu artıq istismara verilmişdir. Eyni zamanda, o ərazidə böyük abadlıq işləri aparılır. İndi Təzəpir məscidinin önü açılıbdır, orada park olacaq. Digər tərəflərdə də ictimai yerlər yaradılacaq ki, Təzəpir məscidinin hər tərəfdən görünməsi mümkün olsun. Azərbaycan Dövlət Dram Teatrının arxasında - yol infrastrukturu yaradılan ərazidə də ictimai yerlər, parklar, bağlar, salınacaq, ağaclar əkiləcək ki, bunlar Bakı şəhəri üçün, necə deyərlər, yeni bir "ağ ciyər" olacaq. Bu ərazi yaşıllıq zonası olacaq və bu, bizə çox lazımdır".

İlham Əliyev vurğulayıb ki, son illər ərzində bir çox ictimai yerlər açılıbdır, parklar, bağlar yaradılıb: "Elə bulvarın özü böyük ictimai istirahət zonasıdır və bu proses davam etdirilməlidir. Hacı Cavad məscidinin yeni binasının tikintisi gedir, daha da sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin".

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter