Ərdoğan Putinə məktub göndərdi

Siyasət / Manşet

3 050

Ərdoğan Putinə məktub göndərdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub yazıb. VOİCEPRESS-in məlumatına görə, Rusiya Günü münasibəti ilə ünvanlanan təbrik məktubunda Ərdoğan Moskva və Ankara arasında münasibətlərin layiq olduğu səviyyəyə qalxacağına ümid etdiyini bildirib.

"Çox hörmətli Prezident! Sizin şəxsinizdə bütün türk xalqı adından Rusiya Günü münasibəti ilə rusiyalıları təbrik edirəm. Həmçinin arzu edirəm ki, Rusiya və Türkiyə arasında münasibətlər önümüzdəki dövrdə layiqli səviyyəyə qalxacaq”.

Türkiyənin baş naziri Binali Yıldırımda öz növbəsində rusiyalı həmkarı Dmitri Medvedevə təbrik məktubu göndərib. Yıldırım da Türkiyə və Rusiya arasında münasibətlərin yaxın müddət ərzində yenidən normallaşacağına ümid etdiyini qeyd edib:

“Bu münasibətlər bizim xalqlarımızın ümumi maraqları üçün çox önəmlidir. Sizin şəxsinizdə Rusiya xalqına əmin-əmanlıq və çiçəklənmə arzu edirəm".

VOİCEPRESS.AZ

Ранее » MN: Erməni silahlı bölmələri atəşkəsi 24 dəfə pozub« Далее Təhsil kreditlərinin verilməsi təsdiqləndi