Azərbaycanda geni dəyişdirilmiş bitki və bitki materiallarının istifadəsi qadağan edilir

Siyasət / Manşet

3 654

Azərbaycanda geni dəyişdirilmiş bitki və bitki materiallarının istifadəsi qadağan edilir
Azərbaycanda geni dəyişdirilmiş bütün bitki və bitki materiallarının istifadəsi qadağan edilir.
Milli Məclisdən VOİCEPRESS-ə verilən məlumata görə, bununla bağlı “Toxumçuluq haqqında” qanuna əlavə təklif edilir.

Qanunun 26-cı maddəsinə edilən təklif edilən əlavəyə görə, toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.

Qanunun pozulması İnzibati Xətalar və Cinayət məcəllələri ilə məsuliyyət yaradacaq.


Layihə Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.


VOİCEPRESS.AZ

Ранее » Xarici vətəndaşların Azərbaycana gəlişi asanlaşdırıldı...« Далее Müdafiə Nazirliyində Zakir Həsənovun rəhbərliyi ilə müşavir...
Flag Counter