Komitə sədri: "Azərbaycanda dini fanatizmə və radikalizmə yer yoxdur"

Siyasət / Manşet

1 161

Komitə sədri:
Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus modeli var".

VOİCEPRESS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi konsepsiya üzərində bu gün uğurla inkişaf etdirilməkdədir:

"Azərbaycanda hər bir dinə məxsus olan xalqların öz dini ayinlərini icra etməsi üçün əlverişli şərait yaradılıb. Din amilindən bəzi ərazilərdə, ayrı-ayrı ölkələrdə sui-istifadə edilir, xüsusilə islam dünyasında din amilindən istifadə edərək islamı gözdən salmaq istəyən dairələr var".

Komitə sədri əlavə edib ki, Azərbaycanda bu gün dini fanatizmə və dini radikalizmə yer yoxdur və bu istiqamətdə DQİDK yarandığı gündən öz fəaliyyətini genişləndirib, müxtəlif qurumlarla birgə bu istiqamətdə işlər həyata keçirib və bu gün də bu fəaliyyət davam etdirilir.

VOİCEPRESS.AZ

Ранее » Prezident İlham Əliyev: Azərbaycanda radikalizm, fundamentalizm yox...« Далее Moldova prezidenti Azərbaycana gəlir
Flag Counter