İlham Əliyev Niderland Kralını və CAR Prezidentini təbrik etdi

Siyasət / Manşet

1 269

İlham Əliyev Niderland Kralını və CAR Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Niderlandın Kralı Villem-Aleksandra təbrik məktubu göndərib.

VOİCEPRESS
xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət, Niderland Krallığının milli bayramı - Kral Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

50 yaşınızın tamam olduğu belə bir xoş gündə Sizə bu əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Niderland xalqına daim sülh və firavanlıq diləyirəm".

Azərbaycan Prezidenti Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya da təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

VOİCEPRESS.AZ


Ранее » "AŞ PA-nın qərarında əsas məqsəd Türkiyəyə təzyiq göstər...« Далее Ukraynada Azərbaycan şirkətlərinə qarşı törədilən cinayətl...
Flag Counter