• 15:49 – İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 
  • 22:20 – Zurabişvili azərbaycanlıların kəndinə gəldi 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

Qənirə Paşayevadan ürək xəstələrilə bağlı təklif

Bu gün Milli Məclisdə "Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında" və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub olan və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı" haqqında qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı gözün buynuz qişası toxumalarının ölkəyə gətirilməsinə icazə verilməsinin önəmli bir hadisə olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, yüzlərlə insanın problemi öz həllini tapacaq.

“Eyni zamanda bu əməliyyat üçün vətəndaşlarımız artıq xarici ölkələrə üz tutmaycaq, öz ölkəmizdə bu əməliyyatlar həyata keçiriləcək”.

VOİCEPRESS-in məlumatına görə, Qənirə Paşayeva bildirib ki, bundan sonra çox vacibdir ki, ürək və qan-damar əməliyyatlarında istifadə olunan toxumaların, homoqreftlərin, qapaqlar və damarların, yəni toxumaların ölkəyə gətirilməsinə də icazə verilsin:

"Ölkəmizdə cənab Prezidentin də iştirak etdiyi Bakıda "Ürək Mərkəzi"nin açılışı oldu. Bu gün ölkəmizdə yüksək səviyyədə ən mürəkkəb ürək əməliyyatları həyata keçirilə bilər. Ürək qapağının infeksiyalaşması, endokardit, uşaqlarda bir sıra mürəkkəb ürək əməliyyatlarında və s. bu kimi əməliyyatlarda istifadə olunan toxumaların, homoqreftlərin ölkəyə gətirilməsinə icazə verilməsi çox vacib məsələdir və bu, ən mürəkkəb ürək əməliyyatlarının həyata keçirilməsinə öz müsbət təsirini göstərə bilər. Eyni məsələ oynaq toxumaları ilə də bağlıdır".

Deputat bildirib ki, bəzi ölkələrdə homoqreftlərin və bir sıra toxumaların satışı rəsmi şəkildə həyata keçirilir və onların rəsmi qaydada ölkəyə gətirilməsi bu istiqamətdə əməliyyatların həyata keçirilməsi üçün həyati vacibdir:

"Biz çalışmalıyıq ki, vətəndaşlarımız orqan və toxuma köçürülməsi əməliyyatları üçün xarici ölkəyə üz tutmasın və öz ölkəmizdə bu əməliyyatları həyata keçirə bilsinlər. Bunun üçün də qanunvericilikdə bu istiqamətdə əlavə və dəyişiklərin edilməsinə ehtiyac var".

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter