Prezidentlərin Bern görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mümkün irəliləyişlər müzakirə olunub

Siyasət

5 030

Prezidentlərin Bern görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mümkün  irəliləyişlər müzakirə olunub
Isveçrənin paytaxtı Berndə 19 dekabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan Respublikasının prezidenti ilham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
Görüş İsveçrədə hakimiyyətin qəbul evində olub. Görüşdə prezidentlərlə yanaşı hər iki ölkənin XİN başçıları, Azərbaycan tərəfindən Elmar Məmmədyarov, Ermənistan tərəfindən Eduard Nalbandyan, ATƏT-in Minsk Qrupunun Rusiya həmsədri İqor Papov, ABŞ həmsədri Ceyms Uorlik, Fransa həmsədri Piyer Andrie və ATƏT-in sədrinin şəxsi səlahiyyətli nümayəndəsi Andjeya Ksprişik iştirak edib.
Görüşdə əbhə xəttindəki gərginliyin aradan qaldırılması istiqamıətində mümkün addımlar və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlər müzakirə olunub.









VoicePress.az

« Далее Hər kəslə ilgili ən düzgün qərarları məhz Cənab İlham Əliy...