DİN-in mətbuat xidmətinə yeni şöbə rəisi təyin edildi

Siyasət / Manşet

1 548

DİN-in mətbuat xidmətinə yeni şöbə rəisi təyin edildi
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.

VOİCEPRESS
bildirir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən DİN-in mətbuat xidmətinin informasiya bölməsinin rəisi polis polkovnik-leytenantı İlham Babayev tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, İ. Babayevə qədər bu vəzifədə polis polkovnik-leytenantı Orxan Mansurzadə çalışıb. DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib.

Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov, mətbuat xidmətinin rəis müavini vəzifəsinə isə O. Mansurzadə təyin edilib.

VOİCEPRESS.AZ


Ранее » "Sovetski" sakinləri Prezident İlham Əliyevə müraciət etdilər« Далее “Özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm...
Flag Counter