Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri başa çatıb

Siyasət / Manşet

621

Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri başa çatıb
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 3-də başa çatıb.

VOİCEPRESS
xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.


VOİCEPRESS.AZ


Ранее » Prezident İlham Əliyev: "Müzakirə edilən bütün məsələlər b...« Далее Abid Şərifovun vəziyyəti pisləşdi, təcili İsrailə göndərild...
Flag Counter