• 10:03 – Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar? 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 

Ermənilər Lukaşenkonu Dağlıq Qarabağa dəvət etdilər

Belarus prezidenti Aleksandr Lukaşenko Xankəndindəki qondarma separatçı rejimin rəsmisi tərəfindən Dağlıq Qarabağa dəvət edildi.

VOİCEPRESS erməni KİV-nə istinadən xəbər verir ki, qondarma rejim başçının mətbuat katibi David Babayan Tert.am-ın əməkdaşı ilə söhbətində Belarus liderini rəsmən Dağlıq Qarabağa dəvət etdiyini bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşündə Qarabağdakı ermənilərin yaxşı yaşadığına şübhə etdiyini bildirmişdi:

”Ermənistan prezidenti və ya Ermənistanda, həmçinin Azərbaycanda mənim mövqeyimi soruşanda, harada olmağımdan asılı olmayaraq deyirəm ki, insanlar ləyaqətli yaşamağa layiqdirlər. İnanmıram ki, bu gün Dağlıq Qarabağda insanlar yaxşı və layiqincə yaşayırlar...”

Belarus rəhbərinin söylədiyi həqiqətləri həzm edə bilməyən rejim nümayəndəsi A.Lukaşenkonun Qarabağa gələcəyi və problem barədəki fikrinin dəyişəcəyi xülyasına qapılaraq deyir:

“Əgər cənab Lukaşenko gerçəkliklə yerindəcə tanış olmaq istəyirsə, biz onu rəsmən “Artsax”a dəvət edirik. Qoy yerindəcə görsün ki, bizim “respublika“, bizim “paytaxt” necə inkişaf edir. O görəcək ki, hətta indiki vəziyyətdə belə, layiqincə yaşamaq və inkişaf etmək mümkündür...”

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter