Pyotr Poroşenko: “Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır”

Siyasət / Manşet

1 305

Pyotr Poroşenko: “Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır”
Martın 27-də Ukraynanın paytaxtı Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın hökumət rəhbərlərinin sammiti keçirilib.
VOİCEPRESS
AZƏRTAC-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Pyotr Poroşenko sammit çərçivəsində Azərbaycanın Baş nazirinin müavini İsmət Abasovu, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilini, Moldovanın Baş naziri Pavel Filipi qəbul edib.
Ukrayna dövlətinin başçısı GUAM Azad Ticarət Zonasının yaradılmasına, üzv ölkələrin nəqliyyat dəhlizinin inkişafına dair imzalanmış sənədlərin əhəmiyyətini vurğulayaraq Sammitin nəticələrini yüksək qiymətləndirib. Görüşdə, həmçinin GUAM çərçivəsində təhlükəsizliyin gücləndirilməsi, kibercinayətkarlığa və terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunub.
Azərbaycana sonuncu səfəri zamanı yüksək qonaqpərvərliyə və səmərəli danışıqlara görə minnətdarlığını bildirən Prezident Pyotr Poroşenko deyib: “Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır. Biz ölkələrimiz arasında, həmçinin GUAM ölkələrinin əməkdaşlığı çərçivəsində mövcud olan münasibətləri bundan sonra da davam etdirmək niyyətindəyik”.
Görüşün iştirakçıları GUAM-a üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində həmrəy olduqlarını bildiriblər.

VOİCEPRESS.AZ


Ранее » Qənirə Paşayeva Altınkörpü qətliamının 26-cı ildönümündə...« Далее İşgüzar xanımlar Bakıda toplaşır
Flag Counter