Binəli Yıldırım: “Azərbaycan prezidenti terrordan sonra Türkiyəyə səfər etməklə Türk xalqının qəlbində taxt qurdu”

Siyasət / Manşet

3 049

Binəli Yıldırım: “Azərbaycan prezidenti terrordan sonra Türkiyəyə səfər etməklə Türk xalqının qəlbində taxt qurdu”
“Ortaq tarix və mədəniyyəti paylaşdığımız Azərbaycana bu dəfə baş nazir kimi səfər etməkdən qürur duyuram”.
VOİCEPRESS-in məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevlə geniştərkibli görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Türkiyənin baş naziri deyib ki, parlamentdə hökumət etimad aldıqdan sonra Şimali Kiprə, daha sonra Azərbaycana səfər edib: “Azərbaycan və Türkiyə münasibətləri bir millət, iki dövlət prinsipinə əsaslanır. Bu münasibətlər böyük inkişaf yolu keçib. Ankarada baş verən mənfur terror olayından sonra Azərbaycan prezidenti Türkiyəyə səfər etməklə Türk xalqının qəlbində taxt qurdu, böyük yer tutdu”.


B. Yıldırım bildirib ki, Bakı sürətlə inkişaf edir, mənzərəsi dəyişir: “Azərbaycanda bu inkişafı siz təmin etdiniz”.

VOİCEPRESS.AZ

Ранее » Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi bölgəyə sabitlik g...« Далее Azərbaycan prezidenti: “Status-kvo"dəyişməlidir, bu isə torpaqlarımız...