• 00:06 – Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO 23:26 – Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı 22:57 – Güclü külək Şamaxıya da ziyan vurdu 22:39 – İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur 21:37 – “Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev 
  • 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 
  • 08:26 – Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı 
  • 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 

Ermənistana göndərilən hərbi karvanla bağlı Rusiyadan RƏSMİ AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyi Gürcüstan ərazisi vasitəsilə Ermənistana hərbi karvanın göndərilməsi ilə əlaqədar məlumatlara rəsmi münasibət açıqlayıb.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, Rusiya XİN Abxaziyaya "C-300" zenit-raket kompleksinin və Gürcüstan vasitəsilə Ermənistana hərbi karvanın göndərilməsi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Nazirlik Gürcüstan ərazisi vasitəsilə Ermənistana Rusiya hərbi karvanının keçirilməsini "fantastik əhvalat" adlandırıb: "Bütün bu siyasi tamaşa martın 28-29-da Cenevrədə keçiriləcək müzakirələrin növbəti raundu ilə əlaqədardır. Görünür, rəsmi Tiflis Cenevrədəki dialoqu sabotaja davam etməyə çalışır və əvvəlcədən bu cür konfrontasion-isterik atmosfer formalaşdırır. Rusiya nümayəndə heyəti İsveçrəyə Zaqafqaziyadakı sabitlik və təhlükəsizlik məsələlərini məhsuldar və sakit şəkildə müzakirə etmək əhval-ruhiyyəsi ilə gedir. Gürcü tərəfdaşlarımızı da, Cenevrə müzakirələrinin digər bütün iştirakçılarını da buna çağırırıq".

Xatırladaq ki, internetdə Gürcüstanın Kvemo Kartli regionu ərazisində Ermənistan istiqamətində hərəkət edən hərbi avtomobil karvanının fotoları və videosu yayılıb.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter