• 10:01 – Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkumun şikayətinə baxılacaq 09:24 – Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - VİDEO 07:38 – Bürc Xəlifə üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb 07:23 – Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar" 00:11 – Avropadakı aksiyada Quranı yandırdılar 
  • 11:37 – İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir” 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 14:00 – Nazirlik gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlara münasibət bildirib 

IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının İllik Plenar iclası keçirilir

VoicePress.az-ın verdiyi xəbərə görə, iclasda bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları iştirak edirlər.

İclasda çıxış edən Kanadanın sabiq baş naziri Jan Kretyen Şuranın yaranma tarixindən və məqsədindən bəhs edib. O qeyd edib ki, bu kimi qurumların məqsədi dünyada sülhə, sabitliyə xidmət edir.

Daha sonra çıxış edən İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-in həmsədri İsmayıl Serageldin iclasın tezliklə baş tutacaq IV Bakı Qlobal Forumu çərçivəsində keçirildiyini və dünyada, xüsusilə Yaxın Şərqdə baş verən hadisələrin forumun əsas mövzusu olduğunu deyib.

İclas daha sonra “Gələcək forum: sabahın liderlərini ilhamlandırmaq” mövzusu ilə davam edib.

İrlandiyanın sabiq baş naziri Berti Ahern, Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo çıxış edərək mövzu ətrafında fikirlərini söyləyiblər.

Qeyd edək ki, IV Qlobal Bakı Forumu martın 10-11-də keçiriləcək.



Gülçin Çinar
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter