İşdən çıxarılan Ziya Məmmədov: "Özbaşına deyiləm ki..."

Siyasət / Manşet

585

İşdən çıxarılan Ziya Məmmədov:
Eks nazir vəzifədən kənarlaşdırılmasına münasibət bildirib

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib.

VOİCEPRESS xəbər verir ki, o, musavat.com-a açıqlamasında deyib ki, bu mövzunu hələlik şərh etmək istəmir: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nolacaq, necə olacaq". Sabiq nazir "indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı" sualına belə cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Özbaşına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil".
Xatırladaq ki, bu gün - fevralın 13-də Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyibirləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılır.

Yeni yaradılan nazirliyə Ramin Namiq oğlu Quluzadə rəhbərlik edəcək. R.Quluzadə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.


VOİCEPRESS.AZ


Ранее » Qənirə Paşayeva: "Şahin Mirzəyevin xəyanətinin arxasında dayanan mara...« Далее Vəkil: Lapşinin indiki halda başqa ölkəyə ekstradisiyası mümkün deyil