Ziya Məmmədovdan açıqlama: "Heç özüm də bilmirəm, nə olacaq..."

Siyasət / Manşet

1 116

Ziya Məmmədovdan açıqlama:
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib.

VOİCEPRESS xəbər verir ki, o, musavat.com-a açıqlamasında deyib ki, bu mövzunu hələlik şərh etmək istəmir: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı, heç özüm də bilmirəm ki, nə olacaq, necə olacaq".

Sabiq nazir "indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı?" sualına belə cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Özbaşına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil".

Xatırladaq ki, bu gün - fevralın 13-də Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılır.

Yeni yaradılan nazirliyə Ramin Namiq oğlu Quluzadə rəhbərlik edəcək. R.Quluzadə Azərbaycan Respublikası prezidentinin 15 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.


VOİCEPRESS.AZ


Ранее » İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib« Далее Latviya ZUBR marşrutunu Azərbaycan və Çinə qədər uzatmaq istəyir