• 10:01 – Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkumun şikayətinə baxılacaq 09:24 – Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - VİDEO 07:38 – Bürc Xəlifə üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb 07:23 – Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar" 00:11 – Avropadakı aksiyada Quranı yandırdılar 
  • 11:37 – İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir” 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 14:00 – Nazirlik gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlara münasibət bildirib 

Albaniya prezidenti Bakıya gəlir

Albaniya prezidenti Buyar Nişani V Qlobal Bakı Forumunda iştirak edəcək.

VOİCEPRESS xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Albaniya Prezidenti Buyar Nişani və xanımı Odeta Nişani martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcəklər.

Məlumatda qeyd olunur ki, "Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan forumun açılışında Albaniya prezidentinin çıxışı gözlənilir. Forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirlən forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilərin, ictimai xadimlərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, 2012-ci ilin iyulun 24-də Albaniyanın prezidenti seçilən B.Nişani ötən il keçirilmiş IV Qlobal Bakı Forumunda iştirak edərək, tədbirin açılışında nitq söyləmişdi.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter