Ziya Məmmədov nazir postunu itirdi

Siyasət / Manşet

612

Ziya Məmmədov nazir postunu itirdi
Bu gün prezident İlham Əliyev yeni nazirliyin yaradılması barədə sərəncam imzalayıb. Sərəncama görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birləşdirilir.

VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, yeni yaradılan qurumun da adı məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziriliyi adlanacaq.

Prezident artıq yeni nazirliyə rəhbər də təyin edib. Rabitə və Yüksək Texnologiyalar nazirli Ramin Quluzadə yeni quruma rəhbərlik edəcək.

Bu isə nəqliyyat naziri Ziya Məmmədovun işsiz qalması anlamına gəlir.


VOİCEPRES.AZ


Ранее » Fransa bununla Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını təklif edir« Далее "Düşmənin bütün mövqelərini darmadağın edərik" - General Aydəmirov