Cocuq Mərcanlıya gedən yolun tikintisi üçün pul ayrıldı

Siyasət / Manşet

1 413

Cocuq Mərcanlıya gedən yolun tikintisi üçün pul ayrıldı
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

VOİCEPRESS bildirir ki, sərəncamda qeyd olunur ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədi ilə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə "Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması" üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon (dörd milyon üç yüz min) manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


VOİCEPRESS.AZ


Ранее » "Standartlaşdırma haqqında" qanunun yeni layihəsi hazırlanacaq« Далее İsrail səfirliyi Aleksandr Lapşinlə bağlı vəziyyəti diqqətlə...