Brüsseldə Azərbaycan-NATO iclası keçiriləcək

Siyasət / Manşet

3 724

Brüsseldə Azərbaycan-NATO iclası keçiriləcək
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, E.Məmmədyarov NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Səfər çərçivəsində E.Məmmədyarovun Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.

VOİCEPRESS.AZ

Ранее » Millət vəkili Ruanda naziri ilə görüşdə Xocalı soyqırımında...« Далее Zakir Həsənov hərbi təlimləri izləmək üçün İzmirə gedir
Flag Counter