• 16:56 – Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 16:09 – Almaniya Qarabağ separatçılarına silah satıb? 14:58 – Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...” 
  • 10:34 – Azərbaycan və Belarus müdafiə nazirləri görüşdü 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 12:46 – Bir ildə 14857 ailə dağılıb - Boşanmaların ən çox olduğu bölgələr açıqlandı - RƏSMİ 

Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru və prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda müxtəlif dini konfesiyaların tarixən sülh şəraitində yaşadığını diqqətə çatdıraraq, yəhudi icmasının əsrlər boyu ölkəmizdə mövcud olduğunu bildirdi.

O, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyərək, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə öz töhfəsini verdiyini və bu xüsusda, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Forumu və Beynəlxalq Humanitar Forum kimi mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğuladı.

Devid Harris Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dəstək və qayğının yüksək qiymətləndirildiyini qeyd etdi.

Görüşdə həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları və İsrail ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter