Prezident İlham Əliyev: "Dünya da bilir ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır"

Siyasət / Manşet

919

Prezident İlham Əliyev:
Bu gün dünya da bilir ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır.

VOİCEPRESS xəbər verir ki, bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir və ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir:

"Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik, amma bu gün dünya da bilir ki, sözün əsl mənasında, həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bütün bu nailiyyətləri biz özümüz əldə etmişik - öz hesabımıza, güclü iqtisadiyyat hesabına. Çünki əgər güclü iqtisadiyyat olmasaydı, bütün bu işləri görə bilməzdik. Bu gün bax bu yaradılan hərbi şəhərcik bizim həm ordumuzun, həm dövlətimizin gücünü göstərir".

VOİCEPRESS.AZ


Ранее » Prezident İlham Əliyev: "Dağlıq Qarabağa heç vaxt müstəqillik...« Далее Aqramunt Qarabağdan danışdı: "Vəziyyət təhlükəlidir"
Flag Counter