Aureliya Qriqoriu: "Azərbaycana qarşı informasiya müharibəsi indiyədək "uğurla" davam edir"

Siyasət / Manşet

774

Aureliya Qriqoriu:
"Bakıda yanvar hadisələrinin 27-ci ildönümü ilə bağlı Azərbaycan xalqının bütün ağrısını və əziyyətini ifadə edən sözləri tapmaq çətindir. Qorbaçov başda olmaqla o zamankı Kreml rəhbərliyinin əmri ilə Sovet ordusunun törətdiyi qanlı cinayət insanlıq tarixinin yaddaşında həmişəlik qalacaq. Silahlı qüvvələrin Bakıya soxulması və heç bir müqavimət olmadığı halda ağır texnikanın və öldürücü silahların cəlb edlməsi ilə günahsız insanlara qarşı törədilmiş vəhşi zorakılıq dinc əhaliyə qarşı bir cinayət idi".

VOİCEPRESS xəbər verir ki, bunu Moldovanın İctimai Palatasının rəhbəri, tanınmış hüquq müdafiəçisi Aureliya Qriqoriu Day.Az-a müsahibəsində deyib.

O qeyd edib ki, SSRİ-nin nizami ordusunun ilk dəfə öz xalqına - öz ölkəsinin vətəndaşlarına sovet hakimiyyətinin əsaslarına toxunmaq istəyənlərin qorxudulması aktı kimi istifadə edilərkən Bakıda 1990-cı ilin yanvarında baş vermiş qanlı faciə bir daha totalitar rejimin anti-xalq xarakterini göstərdi: "Qazaxıstan və Tiflis (daha sonra Vilnüs) hadisələrindən sonra növbəti dəfə müttəfiq respublikaların suverenliyinin saxta və natamam olduğu nümayiş etdirildi. Törədilmiş cinayətə görə Sovet dövlətinin rəhbərlərindən heç kimin məsuliyyətə cəlb edilməməsini xüsusi həyasızlıq hesab etmək olar. Hadisələrin əsas günahkarı və təşkilatçısı Mixail Qorbaçov isə üstəlik Nobel Sülh mükafatı ilə təltif edildi".

A.Qriqoriunun fikrincə, Azərbaycana qarşı informasiya blokadası hələ də tam dəf edilməyib və bu istiqamətdə çox işlər görülməlidir: "90-cı illərdə Bakıya qarşı informasiya müharibəsi indiyədək "uğurla" davam edir. Deyə bilərəm ki, Moldovada 1990-cı ilin yanvarında Bakıdakı qanlı hadisələr, eləcə də Azərbaycan ərazilərinin 20 faizinin işğalı barədə az adam bilir".

Hüquq müdafiəçisi əlavə edib ki, əslində, Bakıda 1990-cı ilin yanvarındakı izdihamlı dinc etirazlar respublika əhalisinin Dağlıq Qarabağ əraziləri uğrunda hərbi əməliyyatların başlanmasına və mərkəzi hakimiyyətin Ermənistan SSRİ-nin maraqlarının müdafiə edilməsinə qarşı narazılığından doğmuşdu. Məhz Bakıdakı 1990-cı ilin bu biabırçı yanvar hadisələrindən sonra Sovet İttifaqının dağılması prosesi başladı.


VOİCEPRESS.AZ


Ранее » Aleksandr Lapşin Azərbaycana ekstradisiya edilir - Belarus qərarın...« Далее Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyar...