Avropa Şurası Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb

  • 11-01-2017, 23:05
  • 184
Avropa Şurası Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb
Yaqland: "Mən tərəfləri qətiyyətlə atəşkəs rejiminə əməl etməyə çağırıram."

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb.

VOİCEPRESS xəbər verir ki, apa-nın Avropa müxbirinin məlumatına görə, bu barədə Avropa Şurasının baş katibi bu gün yaydığı bəyanatda bildirib.

"Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda birbaşa rol oynamasa da, bu məsələdə daim ATƏT-in Minsk qrupunun rolunu dəstəkləyir. Bununla belə, münaqişənin humanitar aspektləri bizi narahat etməkdədir. Mən bilirəm ki, ötən ilin 29 dekabr tarixində tərəflər arasında baş vermiş atəşkəs rejiminin pozulması insan tələfatına səbəb olub və eyni zamanda, erməni silahlı qüvvələrinin baş vermiş döyüşlər nəticəsində həlak olmuş azərbaycanlı əsgərin meyitini hələ də saxladıqlarından xəbərdaram. Mən tərəfləri qətiyyətlə atəşkəs rejiminə əməl etməyə çağırıram və məsələnin humanitar tərəflərini nəzərə alaraq, 2010-cu ildə yüksək səviyyədə keçirilmiş Həştərxan razılaşmalarına uyğun olaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin meyitlərin gecikdirmədən, dərhal qaytarılmasına dair etdikləri çağırışları tam şəkildə dəstəkləyirəm”, T. Yaqlandın bəyanatında deyilir.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər. Yanvarın 9-da Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıb.


VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Rusiyadan rublun üzən məzənnəsi ilə bağlı QƏRAR
    Ərdoğan:
    NASA-dan önəmli AÇIQLAMA: “Fundamental kəşfin astasasındayıq”
    Rusiyadan Azərbaycana müasir silah və hərbi texnika gətirildi - VİDEO
    Qazaxda Çernobıl qəzasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib
    Tələbələrimiz hədiyyə fondu $ 20 000 olan çempionatda qalib gəldilər
    Kürdəmirdə Çernobıl iştirakçıları ilə görüş keçirilib
    Azərbaycanda Turizm Reyestrinin aparılma qaydası hazırlanacaq
    Həqiqət ortaya çıxdı - Tapılan tabutdakı rus generalıdır?
    Avropada EPİDEMİYA: bu 14 ölkədən uzaq durun - SİYAHI
    Azərbaycan şirkətləri Yaltadakı forumda iştirak edəcək?
    OMON azərbaycanlıların toyuna basqın etdi
    Elmar Məmmədyarov Lyuk Devini qəbul etdi
    Azərbaycanda bu saytlara giriş qadağan olunur
    Hansı uşaqlar peyvənd oluna bilməz?
    Nümayəndə heyətinin rəhbəri:
    Azərbaycanda 60 yaşında evlənən polkovnik danışdı -
    Trampdan yeni təyinat
    Azərbaycan - Şimali İrlandiya oyununun stadionu dəyişdirildi
    22 yaşlı skripka ifaçısının görüntüsü ürək dağladı - Öləndə də kamançasını qucaqladı
    Milli dövlətçilik düşüncəsinin işığında
    Ukraynada Azərbaycan şirkətlərinə qarşı törədilən cinayətlə bağlı RƏSMİ AÇIQLAMA
    Deputat:
    Bakıda torpaq qiymətləri dəyişə bilər
    Həkimlər ayağını tərs tikdilər
    Küləkli günlər bitir?
    Gümrüdə öldürülən rusiyalı hərbçiyə 8 bıçaq zərbəsi endirilib
    Deputat: AŞ PA-nın Türkiyə ilə bağlı qərarı siyasi qərardır və reallığı əks etdirmir
    Lerikdə yanğın olub
    Ərdoğan:
    Əli İnsanova 7 il 5 gün HƏBS CƏZASI
    Teymur Rəcəbov:
    Azərbaycan Xalça Muzeyi gənclərdə xoş təəssürat oyadıb
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir