Prezident İlham Əliyev: "Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır"

  • 11-01-2017, 21:59
  • 224
Prezident İlham Əliyev:
Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gün, eyni zamanda, hərbi hissədə olarkən bir daha gördüm ki, Naxçıvanın hərbi potensialı da lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq. Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb".

Prezident İlham Əliyev vurğulayıb ki, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir:

"Mən çox şadam ki, bu məsələlər də uğurla öz həllini tapır və əlbəttə ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı çox önəmli addımlar atılır. Naxçıvanda sənaye müəssisələri yaradılır, kənd təsərrüfatı inkişaf edir, bir çox kənd təsərrüfatı məhsulları ilə siz özünüz-özünüzü təmin edirsiniz. O cümlədən inşaat materialları sektoru inkişaf edir. Bu gün Fövqəladə Hallar Nazirliyi üçün tikilmiş yaşayış binasında olmuşam və orada da, bu məktəbdə də istifadə olunan materialların demək olar ki, hamısı yerli məhsullardır. Bu onu göstərir ki, sənaye də inkişaf edir, yeni müəssisələr yaradılır və Naxçıvanın ixrac potensialı da artır və artmalıdır".

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Prezident İlham Əliyev:
    Rusiyadan Azərbaycana müasir silah və hərbi texnika gətirildi - VİDEO
    Qazaxda peşə yönümlü tədbir keçirilmişdir
    Akademik Zərifə Əliyevanın doğum günü münasibətilə aksiya keçiriləcək
    Lerikdə yanğın olub
    Tələbələrimiz hədiyyə fondu $ 20 000 olan çempionatda qalib gəldilər
    Ərdoğan:
    Millət vəkili:
    Ekspert:
    Elmar Məmmədyarov:
    Ağdaşda DƏHŞƏTLİ QƏZA: 7 yaralı var
    Trampdan yeni təyinat
    Bakıda torpaq qiymətləri dəyişə bilər
    Ərdoğan:
    Teymur Rəcəbov:
    Tramp  Meksika ilə sərhədə səddin ucaldılması layihəsini ən qısa zamanda reallaşdıracağını vəd edib
    Binəli Yıldırım:
    Mövlud Çavuşoğlu:
    Gənc şairə bu gün ad gününü qeyd edir...
    Azərbaycanda bu saytlara giriş qadağan olunur
    Çin hərb maşını Rusiyanı keçdi
    Gümrüdə öldürülən rusiyalı hərbçiyə 8 bıçaq zərbəsi endirilib
    Avropada EPİDEMİYA: bu 14 ölkədən uzaq durun - SİYAHI
    Kürdəmirdə Çernobıl iştirakçıları ilə görüş keçirilib
    Yığmamız Avropa Kubokundan kənarda qaldı
    Həkimlər ayağını tərs tikdilər
    Milli dövlətçilik düşüncəsinin işığında
    22 yaşlı skripka ifaçısının görüntüsü ürək dağladı - Öləndə də kamançasını qucaqladı
    OMON azərbaycanlıların toyuna basqın etdi
    Azərbaycan - Şimali İrlandiya oyununun stadionu dəyişdirildi
    Ermənistan beynəlxalq öhdəliklərinə etinasız yanaşır
    Azərbaycan şirkətləri Yaltadakı forumda iştirak edəcək?
    Pasportlarda yenilik ediləcək - VİDEO
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir