İlham Əliyev: "Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək"

  • 11-01-2017, 22:55
  • 67
İlham Əliyev:
Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək. VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçib: "Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var. Bu gün mən üç rayonda - Ordubad, Culfa, Şahbuz rayonlarında və Naxçıvan şəhərində olmuşam. Ordubad rayonunda elektrik stansiyasının təməli qoyuldu. Bu, çox böyük layihədir, böyük stansiya olacaq, 36 meqavat gücündə su elektrik stansiyası tikiləcək. Bu, Naxçıvan Muxtar Respublikasının iqtisadi və enerji potensialını böyük dərəcədə gücləndirəcək. Naxçıvanın enerji təhlükəsizliyi təmin edilir. Son illərdə bir neçə stansiya tikilmişdir. Xatırlayıram, 2010-cu ildə Biləv Su Elektrik Stansiyasının açılışını qeyd etmişdik, 2014-cü ildə Arpaçay Su Elektrik Stansiyasının, 2015-ci ildə isə Günəş Elektrik Stansiyasının açılışları olmuşdur. Bunlardan əvvəl isə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası istifadəyə verilmişdir. Yəni, respublikanın enerji potensialının möhkəmləndirilməsi işində çox böyük addımlar atılmış və enerji təhlükəsizliyi tam təmin edilmişdir. Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra isə enerji təhlükəsizliyi daha da möhkəmlənəcək və eyni zamanda, Naxçıvanın ixrac potensialı daha da artacaq. Çünki bu gün respublika elektrik enerjisini ixrac edir".

Prezident bildirib ki, Naxçıvanda qazlaşdırma layihələri artıq neçə ildir ki, başa çatıb: "İndi Naxçıvanda qazlaşdırma 100 faizdir. Elə bir yaşayış məntəqəsi yoxdur ki, orada qaz olmasın. Bu da böyük nailiyyətdir. Bildiyiniz kimi, 2005-ci ildə burada mənim iştirakımla İran İslam Respublikasından Naxçıvana mübadilə yolu ilə təbii qazın verilməsinə başlanmışdır. Artıq üstündən on ildən çox vaxt keçib və bu layihə çox uğurla icra edilir. Ordubad Su Elektrik Stansiyasının yaradılması da İran ilə Azərbaycan arasında imzalanmış və təsdiqlənmiş saziş əsasında baş verir. Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi həm İranın, həm də Azərbaycanın enerji gücünü artıracaq və eyni zamanda, bu layihə İran-Azərbaycan dostluğunun təzahürüdür. Biz enerji sahəsində, digər sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu yaxınlarda Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu qatarı yola salındı".

İlham Əliyev deyib ki, enerji potensialı və enerji təhlükəsizliyi Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyır: "Çünki ölkəmizin əsas hissəsi ilə Naxçıvanın coğrafi əlaqəsi yoxdur. Belə olan halda biz mütləq enerji potensialının inkişafına fikir verməliyik. Bu gün Naxçıvan elektrik enerjisi ilə tam təmin olunub və eyni zamanda, enerji ixrac edir. Naxçıvan təbii qazla da tam təmin olunub. Gələcəkdə bərpa olunan enerji növlərinin yaradılmasından, xüsusilə Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra Naxçıvanda enerji məsələləri ilə bağlı bundan onilliklər sonra heç bir problem olmamalıdır. Bununla bərabər, əlbəttə ki, digər infrastruktur layihələri daim diqqət mərkəzindədir. Naxçıvan şəhərini digər şəhərlərlə birləşdirən gözəl və çox keyfiyyətli yollar salınıb. Bu gün mən bu yollardan keçmişəm. Onlar bir neçə ildir ki, istifadəyə verilib, amma elə bil ki, dünən tikilib. Yəni, çox gözəl, keyfiyyətli yollardır. Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz, Naxçıvan-Sədərək yolları ən yüksək standartlara cavab verir. Bir yol layihəsi hələ ki, öz həllini gözləyir. Bu da Culfa-Ordubad layihəsidir. Biz onu da növbəti mərhələdə həll edəcəyik və beləliklə, şəhərlərarası yollar problemi aradan götürüləcək. Kənd yollarının tikintisi də uğurla gedir və bu proses davam edəcək.

Bu gün biz Culfa və Şahbuz rayonlarında içməli su və kanalizasiya layihələrinin rəsmi açılışını qeyd etdik. Bu da çox önəmli layihələrdir. Hər iki şəhərə təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilməsinə başlanmışdır. Ondan əvvəl Naxçıvan şəhəri su ilə təmin edilmişdir. Bu gün biz artıq digər şəhərlərə də suyun verilməsini təmin edə bildik. Bu da çox önəmlidir. İnsan sağlamlığı üçün əsas amillərdən biri də təmiz sudur. Biz onu da həll etmişik. Bu il Dövlət İnvestisiya Proqramında Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin su-kanalizasiya problemlərinin həlli məsələləri də öz əksini tapacaq. Yəni, bunlar əsas infrastruktur layihələridir - elektrik enerjisi, təbii qaz, içməli su, yollar. Artıq demək olar ki, bu işlərin mütləq əksəriyyəti görülübdür. Bu, respublikanın potensialını göstərir, eyni zamanda, sosial infrastruktur da yaradılır. Bax, bu məktəb bunun bariz nümunəsidir. Son illər ərzində Naxçıvan Muxtar Respublikasında artıq 200-ə yaxın yeni məktəb tikilib, yaxud da ki əsaslı şəkildə təmir olunub. Təmirə ehtiyacı olan cəmi bir neçə məktəb qalıb. Əminəm ki, yaxın gələcəkdə bu məsələ də həllini tapacaq".

Azərbaycan Prezidenti bildirib ki, digər sosial infrastruktur layihələri səhiyyə ilə bağlıdır: "Hesab edirəm ki, Naxçıvan bu istiqamətdə də nümunəvi bir respublikadır. Burada bütün şəhərlərin və rayonların mərkəzi xəstəxanaları yenidən tikilib. Mən onların bəzilərinin açılışlarında iştirak etmişəm. Naxçıvan şəhərində doğum evi, diaqnostika mərkəzi, respublika xəstəxanası, bütün bu tibb ocaqları ən yüksək standartlara cavab verir və ən müasir avadanlıq quraşdırılıb.

Naxçıvanın gözəlləşməsi, abadlaşması məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir. Binalar təmir olunur, yeni, gözəl binalar tikilir, geniş prospektlər salınır. Abadlıq-quruculuq işləri bir tərəfdən ölkəmizin gücünü, digər tərəfdən Naxçıvan rəhbərliyinin səmərəli işini, sakinlərin bu işlərə olan münasibətini göstərir. Bütün bu işlər böyük məhəbbətlə, zövqlə və səliqə ilə görülür".

Dövlət başçısı qeyd edib ki, Naxçıvan dünya miqyasında öz gözəlliyi ilə seçilən bir şəhərdir: "Əlbəttə ki, Naxçıvanın qədim və zəngin tarixi bizim milli sərvətimizdir. Naxçıvan Azərbaycanın qədim diyarıdır, qədim torpağıdır. Burada tarixi abidələr qorunur. Bu tarixi abidələr bizim qədim tariximizi göstərir. Onu göstərir ki, əsrlər boyu Azərbaycan xalqı bu diyarda yaşayıb, yaradıb. Bu, bizim böyük milli sərvətimizdir.

Nəhayət, biz Naxçıvanın nəqliyyat problemlərinin həlli üçün də çalışırıq. Qeyd etdiyim kimi, Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu fəaliyyətə başlayıb. Bildiyiniz kimi, biz indi İran İslam Respublikası və Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyirik. İşlərin bizə aid olan hissəsi artıq başa çatıb. Bu dəhliz tam işə düşəndən sonra Naxçıvan dəmir yolu ilə İran vasitəsilə Azərbaycanın əsas hissəsi ilə də birləşəcək. Biz bu layihəni sürətləndirmək istəyirik ki, tezliklə bu baş versin. Ondan sonra Naxçıvanda istehsal olunan mallar artıq dünya bazarlarına rahatlıqla çıxa biləcək və insanlar üçün bu, əlbəttə ki, əlavə imkanlar yaradacaq".


VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Orqanizmdə yod çatışmazlığını bildirən 9 əlamət
    ABŞ-dan növbəti “səhv”: 200 ölü
    Tereza Mey teraktda yaralananlara baş çəkdi
    Dənizkənarı Milli Parkda konsert keçirildi
    Facebook dostlarımızdan biri ölərsə... – PSİXİATR YAZIR
    Bu qidaları səhər yeməyində yemək qətiyyən olmaz
    Voronenkovun qətli Rusiya tərəfindən terrordur
    Məhsulların arxasındakı xüsusi kodlara diqqət edin
    Londonda teraktı tərədənin kimliyi bilindi
    Ermənistan malları Bakının brend mağazalarında - HƏRBİ PALTARLAR
    Rafael Ağayev ata oldu
    Səfir:
    Xərçəng bu əlamətlərlə başlayır, hamı bilməlidir
    Azərbaycan Ermənistandan 6 pillə irəlidədir
    Ekspert:
    Almaniya millisi Bakıya qələbə ilə gəlir
    Silah anbarlarında partlayışlar olub - İnsanlar köçürüldü - Ukraynada
    Ermənilər cəbhəboyu mövqelərimizi atəşə tutub
    Böyük Britaniyada terror aktı nəticəsində ölənlərin sayı 5-ə çatıb
    Kiyev meriyasında Novruz bayramı münasibətilə konsert keçirilib
    Təltif olunan “Azəravtoyol” ASC-nin əməkdaşlarına mükafatları təqdim olundu
    Donald Tramp Tereza Meylə danışıb
    Daun sindromlu uşaqları necə inkişaf etdirmək olar - Psixoloq məsləhəti
    Ancelina Coli və Bred Pit barışdı
    Azərbaycanda orta aylıq əmək haqqı açıqlandı
    Babayan silah  qaçaqmalçılığında ittiham olundu
    Almaniya öz vətəndaşlarını deportasiya edir
    İran nefti bu həftə Belarusa çatdırılacaq
    Yunanıstan səfiri Azərbaycan XİN-ə çağırıldı
    Bürclər hansı xüsusiyyətləri ilə fəxr edə bilərlər?
    Lukaşenko: Ermənistandan uçan təyyarədə radioaktiv maddə aşkarlanıb
    WhatsApp-da 4 YENİ FUNKSİYA
    Bakıda idman zalına kütləvi basqın olub, yaralılar var
    Hüsnü Mübarək azadlığa buraxıldı
    Azərbaycan Şarcada keçirilən VI Beynəlxalq Hökumət Rabitəsi Forumunda təmsil olunub
    Böyük Britaniya parlamentinin önündə atışma: ölənlərin sayı artır
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir