"Ermənistan havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır"

  • 11-01-2017, 20:55
  • 647
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Meri Kroftsla görüşüb.

VOİCEPRESS xəbər verir ki, komitədən trend-ə verilən məlumata görə, Azərbaycan ilə Böyük Britaniya arasında yaxşı əlaqələrin olduğunu deyən Ə.Həsənov Böyük Britaniyadan olan 150-yə yaxın şirkətin qeyri-neft və neft sektorunda fəaliyyət göstərdiyini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini dəstəklədiyini yüksək qiymətləndirib.

Baş nazirin müavini eyni zamanda Böyük Britaniya vətəndaşları və şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri və fəaliyyətinin, ölkəmizin işğal edilmiş ərazilərindəki filiz mədənindən qanunsuz çıxarılmış qızılın Ermənistanda emal olunaraq bir çox Avropa ölkələrində, o cümlədən London Fond Birjasında satışa çıxarılmasının yol verilməz olduğunu səfirin diqqətinə çatdırıb və bu cür xoşagəlməz halların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verən Ə.Həsənov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı mötəbər beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir:

"Ermənistan intensiv olaraq danışıqlar prosesini pozur. Ermənistan hakimiyyəti münaqişənin həllini istəmir, havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır və qeyri-konstruktiv mövqe tutmaqda davam edir. Dünya birliyi isə işğalçı ölkəyə heç bir təzyiq göstərmir".

Son 20 ildə Ermənistanın heç bir nailiyyət əldə etmədiyini bildirən Baş nazirin müavini Ə.Həsənov vurğulayıb ki, ötən dövrdə bu ölkənin iqtisadi vəziyyəti olduqca pisləşib, işğalçı dövlət Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq və regional layihələrdən kənarda qalıb.

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Dünən, 20:24Xurmanın insan orqanizmində yaratdığı möcüzələr Dünən, 20:11Mehriban Əliyeva: "Qaçqın və məcburi köçkünlərin problemlərinin həllində Azərbaycanın əldə etdiyi nailiyyətlər dünyada model kimi qəbul olunur" Dünən, 19:14Azərbaycan Prezidenti İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb Dünən, 18:17Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələrinə Masazırda yeni mənzillərin verilməsi mərasimində iştirak edib Dünən, 17:19"Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir" Dünən, 17:11İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır" Dünən, 15:20Bakıda ağacların qanunsuz kəsilməsi faktı aşkarlandı Dünən, 15:13Hollandiyadan tarixi soyqırım qərarı Dünən, 14:15AŞPA-da SƏSVERMƏ: Aqramunt vəzifədən gedir Dünən, 13:27Azərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü olub Dünən, 13:14İsrail 3 nöqtəni bombaladı - Gərginlik artır Dünən, 12:29Çin-Hindistan sərhədində GƏRGİNLİK Dünən, 12:10Əhaliyə xəbərdarlıq: Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR Dünən, 12:0280 tondan artıq Azərbaycan kartofu Qazaxıstandan geri qaytarıldı Dünən, 11:32Əli Laricani Rusiyanı müdafiə etdi Dünən, 11:30376 jurnalist prezidentə etiraz etdi Dünən, 11:21Genetik müayinəsiz doğulan növbəti anomaliya... Dünən, 10:35Qızıl cüzi ucuzlaşdı Dünən, 10:24Yerli istehsal və ixracatın stimullaşdırılması Dünən, 10:13Moskva ABŞ-ı Suriya ordusunu vurmamağa çağırıb Dünən, 09:28Cəbhədən YENİ XƏBƏR Dünən, 08:44General Hüseyn Rəsulbəyovun adı əbədiləşdirilir Dünən, 08:39Vaşinqtonda Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu keçirilir Dünən, 08:07Neft bahalaşdı 26-06-2017, 18:12Stefan Lyoven: "Ölkədəki bütün keşişləri eynicinslilərin nikah mərasimini keçirməyə məcbur etmək lazımdır" 26-06-2017, 18:02Azərbaycanlı deputatdan erməni iddialarına – Sərt reaksiya 26-06-2017, 17:59"Normand dördlüyü" görüşə hazırlaşır 26-06-2017, 17:58Bakıda top mərmisi tapılıb 26-06-2017, 17:50Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir 26-06-2017, 17:43İranda neft emalı zavodunda yanğın: 100-ə yaxın yaralı var 26-06-2017, 16:48Binəli Yıldırım: "Bu sevdadan əl çək" 26-06-2017, 16:26Bayrağımız Krımda dalğalanacaq – Poroşenko söz verdi 26-06-2017, 16:04Makron Rusiyanı təcavüzkar adlandırdı 26-06-2017, 15:25"Formula 1"lə əlaqədar bağlanan mərkəzi küçələr bu axşam açılacaq 26-06-2017, 15:23Şeyx: Arzu edirəm ki, Qarabağ torpağında azan səsi gəlsin 26-06-2017, 15:20Moskvada təhlükənin sarı səviyyəsi elan edilib 26-06-2017, 15:18Millimizin futbolçusunun baş məşqçisi erməni oldu 26-06-2017, 15:10Yediyiniz meyvələrin tərkibindən xəbəriniz varmı? 26-06-2017, 15:05Türkiyədə əsgərləri daşıyan maşın aşdı: ölən və yaralananlar var 26-06-2017, 14:56Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub
Все новости
VİDEO
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir