Ombudsman Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı BQXK prezidentinə müraciət edib

  • 11-01-2017, 19:36
  • 147
Ombudsman Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı BQXK prezidentinə müraciət edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 29 dekabr 2016-cı il tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerə məktubla müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, məktubda deyilir ki, 2016-cı ilin 29 dekabr tarixində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərib.

"Təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb və sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir. Azərbaycan tərəfi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Bununla belə, bizim əsgərimizin meyiti bu günə kimi Azərbaycan tərəfinə qaytarılmayıb. Hazırda müvafiq qurumlarla, habelə BQXK ilə birgə hərbi qulluqçumuzun meyitinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir. Eyni zamanda, kütləvi informasiya vasitələrindən məlum olduğu kimi Ermənistan tərəfi prosesi süni olaraq uzadır və "istintaqın" aparıldığını bəyan edir. Halbuki meyitlərin qaytarılması mexanizmi və prosedurası yetərincə bəllidir və bu cür hallarda əvvəllər də tətbiq olunmuşdur və onlar hər iki tərəfə, habelə sizin təşkilatınıza da bəllidir. Hesab edirik ki, Ermənistan tərəfinin bu addımı beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının öhdəliklərinin kobud şəkildə pozulmasıdır. Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi 1994-cü ildən etibarən mövcud atəşkəsi heçə sayaraq mütəmadi təxribatlar törədir. Bu hadisələrdən biri də 2016-cı ilin aprel ayına təsadüf edib. 2-5 aprel tarixlərində Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı evlər, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanıblar. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub. Yuxarıda qeyd olunanları, o cümlədən onun ailəsinin və ölkə əhalisinin gözləntilərini nəzərə alaraq, təşkilatınızın mandatı çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun olaraq əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm", - deyə məktubda qeyd olunub.


VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Deputat:
    Qazaxda Çernobıl qəzasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib
    Qazaxda peşə yönümlü tədbir keçirilmişdir
    Elmar Məmmədyarov:
    Deputat: AŞ PA-nın Türkiyə ilə bağlı qərarı siyasi qərardır və reallığı əks etdirmir
    Gənc şairə bu gün ad gününü qeyd edir...
    Ukraynada Azərbaycan şirkətlərinə qarşı törədilən cinayətlə bağlı RƏSMİ AÇIQLAMA
    Azərbaycanda IX və XI sinifdə oxuyan 91 şagird yazıb-oxumağı bacarmır
    Gümrüdə öldürülən rusiyalı hərbçiyə 8 bıçaq zərbəsi endirilib
    Milli dövlətçilik düşüncəsinin işığında
    Millət vəkili:
    Naxçıvanda kikboksinq turniri
    Çin hərb maşını Rusiyanı keçdi
    22 yaşlı skripka ifaçısının görüntüsü ürək dağladı - Öləndə də kamançasını qucaqladı
    Lerikdə yanğın olub
    Elmar Məmmədyarov Lyuk Devini qəbul etdi
    Prezident İlham Əliyev:
    Binəli Yıldırım:
    Kürdəmirdə Akademik Zərifə Əliyevanın 94-cü ildönümünə həsr olunmumş tədbir keçirilib
    Əli İnsanova 7 il 5 gün HƏBS CƏZASI
    Kürdəmirdə Çernobıl iştirakçıları ilə görüş keçirilib
    Manatın məzənnəsi
    Mövlud Çavuşoğlu:
    Azərbaycan - Şimali İrlandiya oyununun stadionu dəyişdirildi
    Avropada EPİDEMİYA: bu 14 ölkədən uzaq durun - SİYAHI
    Nümayəndə heyətinin rəhbəri:
    Hansı uşaqlar peyvənd oluna bilməz?
    Ərdoğan:
    Ermənistan beynəlxalq öhdəliklərinə etinasız yanaşır
    Bakıda torpaq qiymətləri dəyişə bilər
    Azərbaycan şirkətləri Yaltadakı forumda iştirak edəcək?
    Küləkli günlər bitir?
    Ərdoğan:
    Kişilər, diqqət! Bunlar sonsuzluğa səbəb olur
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir