Deputat Biləsuvarda seçiciləri ilə görüş keçirib

  • 8-01-2017, 19:20
  • 4 911
Deputat Biləsuvarda seçiciləri ilə görüş keçirib
Millət vəkili Xanhüseyn Kazımlı: “Bu gün Biləsuvarın adı dillər əzbəridir. Biləsuvar vətənpərvərliyin zirvəsidir, bura vətənpərvərlik məktəbi məkanı kimi tanınmalı, nümunə göstərilməlidir...”VOİCEPRESS-in verdiyi xəbərə görə, bunu 7 yanvar tarixində, 66 saylı Biləsuvar Seçki Dairəsindən Milli Məclisin üzvü, deputat Xanhüseyn Kazımlı seçiciləri ilə görüşü zamanı deyib.

Görüşə gələn seçicilər ilk öncə deputatla yeni il təəssüratlarını bölüşmüşlər.

Xanhüseyn Kazımlı görüşə gələn bütün sçicilərin simasında bütün Biləsuvar ictimaiyyətini yenicə qədəm qoyduğumuz yeni- 2017-ci il münasibətilə təbrik edərək, hər kəsə Tanrıdan möhkəm can sağlığı dilədi. Ona etimad göstərdiklərinə görə, razılığını ifadə edən millət vəkili bildirib ki, o hər zaman seçicilərlə birlikdə olmaq, xalqın istək və arzularını dinləmək, mövcud problemləri birgə aradan qaldırmağı prearitet vəzifələrindən biri hesab edib.

Xanhüseyn Kazımlı seçiciləri, ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə baş verən mühüm yeniliklərdən, sosial-iqtisadi nailiyyətlərdən, günbəgün qüdrətlənən ordumuzun hazırkı durumundan söhbət açaraq, Milli Məclisdə xalqın sosial rifahı naminə yeni qərarların qəbul olunmasındakı təşəbbüsündən, Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələri Tərəfindən İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri kimi geniş miqyaslı fəaliyyətindən ətraflı məlumatlar verdi.

Daha sonra görüşdə rayonun Nərimankənd kənd sakini Əhməd Vəlizadə sakinlər adından deputatı salamlayaraq bildirdi ki, xalqımız, o cümlədən biləsuvarlılar hər zaman Prezident İlham Əliyevə öz etimadını, dəstəyini göstərir, onun ətrafında sıx birləşməklə rəhbərinə öz inamını sərgiləyir: "Dünyadakı bu çətin proseslərə, sosial-iqtisadi tənəzzülə baxmayaraq, dövlətimizin dayanqılı iqtisadi gücü və qüdrəti, eləcə də ölkə başçısı Cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində xalqımız bu böhranı hiss etmədi. Azərbaycanda sosial-iqtisadi layihələr həyata keçirildi, regionlarda inkişaf və tərəqqi davam etdirildi. Bütün bunları Biləsuvar rayonunun timsalında hiss etmək, görmək mümkündür".

Görüşdə iştirak edən məktəbli gənclərin maraqlı təklif və sualları yerinə düşdü. 11-ci sinif şagirdi Təhməzli Novruzun Biləsuvarda gəncləri bir araya toplayacaq “Gənclər mərkəzi”nin olmamasından gileyləndi. 9-cu sinif şagirdi Xalid Abbaszadənin eyni təklifə həmfikir olması yeniyetmə gənc olaraq bu yaşda dövlətimizə fayda verəcək hansı fəal işlərə yardımçı ola biləcəklərini kimi mühüm bir məsələni ortaya qoydu. Deputat öz növbəsində gənclərin təklif və xahişini nəzərə alaraq, buna ölçü götürüləcəyini bildirdi.

Millət vəkili Xanhüseyn Kazımlı Biləsuvar şəhər ərazisindəki görüşündən sonra rayonun ən qədim kəndlərindən olan Əmənkənd kəndində də, seçicilərlə görüş keçirib.

Kənd sakinlərinin çoxluq təşkil etdiyi mərasimdə deputat Xanhüseyn Kazımlı iştirakçıları salamlayaraq, 2017-ci ilin hər biri üçün düşərli, uğurlu il olmasını arzuladı. Ətraflı çıxışında dünyadakı qlobal hadisələrə diqqət çəkən deputat bildirdi ki, bu gün neftin dünya bazarında qiymətinin sürətlə aşağı düşməsi bütün dünya ölkələrinin iqtisadiyyatına neqativ təsirlər göstərib: " Lakin Azərbaycan dövlət olaraq, bu böhrandan ən az zərərlə çıxmağa qadir bir ölkədir. Bu gün də uğurlu sosial-iqtisadi siyasət Ulu Öndərimizin layiqli davamçısı dövlətimizin rəhbəri Cənab İlham Əliyev tərəfindən uğurla, inamla aparılmaqdadır. Doğrudur, bu böhran amili ölkəmizə də müəyyən təsirlərini göstərdi, ancaq qəbul edilən çevik qərarlar, atılan qətiyyətli, təxirəsalınmaz addımlar da sübut etdi ki, Azərbaycan hökuməti sözügedən vəziyyətdən ən az zərərlə çıxmağı bacarır. Regionlarımızda da işlər öz axarında davam etdirilir, tikiti-quruculuq, abadlıq işləri sürətlə aparılır, yollarımız asfaltlanır, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün mümkün sosial qanunlar qəbul olunur. Bu, ölkə başçımızın daim qarşıya qoyduğu prioritetdir. Biləsuvar qəhrəmanlar, alimlər yetişdirən bir doğma diyardır. Bu gün Biləsuvarın adı dillər əzbəridir həmin qəhrəman, ziyalı oğulları ilə, Mübariz İbrahimov kimi bütün türk dünyasına səs salmış Milli Qəhrəmanı ilə. Mən Milli Məclisdə də, bu barədə təklif vermişəm, Biləsuvar vətənpərvərliyin zirvəsidir, bura vətənpərvərlik məktəbi məkanı kimi tanınmalı, nümunə göstərilməlidir respublikamızda".

Millət vəkili Xanhüseyn Kazımlı səmimi görüşün sonuda seçiciləri maraqlandıran suallara cavab verdi və onları narahat edən bir sıra problemləri dinlədi. Kənd sakini şəhid qardaşı Nəciyev Emin Sarıbala oğlu müraciətində 2 övladının tələbə olmasını diqqətə çatdıraraq hazırda işsizliyi ilə əlaqədar sosial durumunun çox aşağı olduğunu bildirdi. Rafət Əhmədov isə rayonun Qaz istismarı sahəsi tərəfindən yeni yaşayış evinə qaz sayğacının quraşdırılması ilə bağlı yaranmış problemin həllinə köməklik istədi.

Xanhüseyn Kazımlı seçicilərini dinlədikdən sonra qaldırılan məsələlərin tez bir zamanda həll ediləcəyinə dair söz verdi.

P.S.

Millət vəkili Xanhüseyn Kazımlı Biləsuvar rayonunun Əmənkənd kənd sakinləri ilə görüşündən sonra, kəndin qəhrəman oğlu şəhid İlham Məmmədhüseyn oğlu Zülfüqarovun anasının hüzür məclisində də, iştirak etmiş, ailə üzvlərinə dərin hüznlə başsağlığı vermişdir.

Deputat Biləsuvarda seçiciləri ilə görüş keçirib

Deputat Biləsuvarda seçiciləri ilə görüş keçirib

Deputat Biləsuvarda seçiciləri ilə görüş keçirib

Deputat Biləsuvarda seçiciləri ilə görüş keçirib

Deputat Biləsuvarda seçiciləri ilə görüş keçirib

Deputat Biləsuvarda seçiciləri ilə görüş keçirib

Deputat Biləsuvarda seçiciləri ilə görüş keçirib

Deputat Biləsuvarda seçiciləri ilə görüş keçirib

Deputat Biləsuvarda seçiciləri ilə görüş keçirib

Deputat Biləsuvarda seçiciləri ilə görüş keçirib

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    ABŞ səfiri BMT-də Rusiyanı xəbərdar etdi və Qarabağ məsələsini qaldırdı
    İcra başçıları ilə bağlı ciddi dəyişikliklər gözlənilir
    İlham Əliyev Bruney Sultanını təbrik edib
    Qar geri qayıdır
    Aprelin 1-dən nəqliyyatda gediş haqları aşağı salınır
    Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edildi
    Amerikada güclü daşqınlar: minlərlə insan evakuasiya olundu
    Dəbdəbəli qəbirlərə qadağa qoyulacaq
    Makedoniya parlamentinin üzvü:
    Prezident İlham Əliyev Qarabağ atı cinsinin inkişafı ilə bağlı sərəncam imzaladı
    Azərbaycan Xalça Muzeyi Binəqədi gənclərində xoş təəssürat oyadıb
    Abituriyentlərə MÜRACİƏT
    Cocuq Mərcanlıda məktəb binasının tikintisinə başlanılıb
    Yerevanda 2008-ci il mitinq qurbanlarının xatirəsinə yürüş keçiriləcək
    Nazir:
    Fevralın 23-nə manatın məzənnəsi
    Nizami rayonunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    Hərbi qulluqçumuz şəhid olub
    Lavrov erməni həmkarını təltif etdi -
    ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq
    Fələstin Baş nazirinin müavini Azərbaycana gələcək
    Pərviz Heydərov:
    Dəvətsiz İraq və Suriyaya girənlər bu ölkələrdən çıxmalıdırlar - İran rəsmisi
    Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş xüsusi buraxılış işıq üzü görüb
    Qənirə Paşayeva:
    Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilib
    Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
    Novruz Məmmədov:
    Yardımlının bir fotoya görə məşhurlaşan MÜƏLLİMİNƏ BÖYÜK SÜRPRİZ
    Ramil Usubov oğlunu rəis təyin etdi
    IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi üzrə Tədbirlər Planı təsdiqləndi
    Çində fabrikdə partlayış baş verib: 3 ölü
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir