İlham Əliyev Fransa prezidentinə başsağlığı verdi

Siyasət / Manşet

3 923

İlham Əliyev Fransa prezidentinə başsağlığı verdi
"Təyyarə faciəsi ilə əlaqədar öz və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Azərbaycan prezidenti İlham Əliyev təyyarə qəzası ilə bağlı Fransa dövlət başçısı Fransua Ollanda başsağlığı verib.

Dövlət başçısı Parisdən Qahirəyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində fransızların həlak olması xəbərini kədər hissi ilə qarşıladığını deyib.

"Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

“EgyptAir”aviaşirkətinə məxsus Paris-Qahirə reysini həyata keçirən sərnişin təyyarəsi bu gün səhər saatlarında Aralıq dənizi üzərində, Yunanıstan adaları yaxınlığında yoxa çıxıb. Təyyarə enişə qısa zaman qalmış radaralardan itib.

VOİCEPRESS-in anspress-ə istinadən verdiyi məlumata görə, hava gəmisinin göyərtəsində 69 nəfər olub. Təyyarədə olanlardan 59-u sərnişin, 10-u isə şəxsi heyət olub. Sərnişinlər arasında 3 azyaşlının da olduğu qeyd edilib.

Təyyarədə olan sərnişinlər 12 dövlətin vətəndaşları olub.

VOİCEPRESS.AZ


Ранее » Aprel şəhidinin medalı atasına verildi« Далее Erməni "sərrastlığı": Yenə özününkünü vurdular