Milli Məclis 2017-ci ilin büdcə zərfini qəbul etdi

Siyasət / Manşet

2 109

Milli Məclis 2017-ci ilin büdcə zərfini qəbul etdi
Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. VOİCEPRESS xəbər verir ki, iclası Milli Məclisin sədri Oqtay Əsədov açıb.

Qeyd edək ki, iclasın gündəliyinə 27 məsələ daxildir.

Əsas müzakirə mövzusu 2017-ci ilin dövlət büdcə layihəsi olacaq.

Qeyd edək ki, iclasda maliyyə naziri Samir Şərifov çıxış edib.

Nazir bildirib ki, 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər hökumət tərəfindən təhlil edilib, bəzi istiqamətlər üzrə xərclər artırılıb.

Məsələn,millət vəkillərinin mədəniyyət sahəsinə xərclərin artırılması ilə bağlı təklifi nəzərə alınıb. Bu sahəyə əlavə olaraq 3 milyon manat vəsait ayrılıb. Bundan başqa, Milli Məclisin saxlanma xərcləri 850 min manat artırılıb.

Bundan sonra 2017-ci ilin büdcə zərfi səsə qoyularaq qəbul edilib.


VOİCEPRESS.AZ


Ранее » Gələn ilin yaşayış minimum da təsdiq edildi« Далее Siyavuş Novruzov: "Yeraltı parklarda sadəcə siçanlar oynuyur"