• 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 11:33 – Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır 
  • 10:20 – Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

Azərbaycan XİN: İstanbulda törədilən qanlı terror aktını qəti şəkildə pisləyirik

İstanbulun Beşiktaş rayonunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir", - deyə XİN-dən bildirilib.

Qeyd edək ki, İstanbulun mərkəzi rayonu Beşiktaşda yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 nəfər həlak olub, 166 nəfər isə yaralanıb. Ölənlərin 27-polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter