Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Siyasət / Manşet

4 021

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Paraqvay prezidenti Horasio Kartesə təbrik məktubu ünvanlayıb.

VOİCEPRESS-in azərtac-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Paraqvay Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Paraqvay xalqına sülh və rifah diləyirəm".

VOİCEPRESS.AZ


Ранее » Ermənilər Tərtərin əkin sahələrini mərmi atəşinə tutdular« Далее Gürcüstan müdafiə naziri Azərbaycana gəlib