Elmar Məmmədyarov Kubanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Siyasət / Manşet

972

Elmar Məmmədyarov Kubanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Alfredo Fidel Nieves Portuondonu qəbul edib.

Nazirliyin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Alfredo Fidel Nieves Portuondonun Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

E.Məmmədyarov Kuba inqilabının lideri Fidel Kastro Ruzun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib.

Görüşdə Azərbaycan və Kuba arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, mədəniyyətç turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından söz açan nazir Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini və 2019-cu ildə QH-nın XVIII zirvə toplantısına ev sahibliyi edəcəyini qeyd edərək, QH-nın fəal üzvlərindən biri kimi Kuba ilə bu sahədə təcrübə mübadiləsinin faydalı olacağını diqqətə çəkib.

Səfir BMT çərçivəsində Kubanın mövqeyini davamlı şəkildə dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib.

E.Məmmədyarov Kubanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin təqdir edildiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Kubanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

VOİCEPRESS.AZ


Ранее » Mübariz Qurbanlı: Xaricdə qanunsuz silahlı birləşmələrə qoşu...« Далее Nyu-Yorkda Bakı küçəsi olacaq