Saatlıda zəhərlənən pambıqçıların sayı 24 nəfərə çatıb

REGION+ / Səhiyyə

531

Saatlıda zəhərlənən pambıqçıların sayı 24 nəfərə çatıb
Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən işçilərin sayı 24 nəfərə çatıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə trend-ə Saatlı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, zəhərlənənlərdən 4-ü Bakıya göndərilib, 20 nəfər isə Saatlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:

"Zəhərlənənlərdən 2 nəfərin səhhəti normallaşdığı üçün öz ərizəsi ilə evə - ambulator müalicəyə buraxılıb, 18 nəfər isə hazırda xəstəxanadadır. Xəstəxanada olanlardan iki nəfərin vəziyyəti narahat olduğu üçün müalicəsi davam etdirilir, 16 nəfərin vəziyyəti isə stabil və qənaətbəxşdir. Həmin 16 nəfər yəqin ki, günün sonuna kimi evə buraxılacaq".

Xəstəxadan deyiblər ki, işçilərin zəhərlənməsinin səbəbləri də məlum olub: "Kimyəvi maddədən inqaliyasion zəhərlənmədir. Pambıq sahəsinə alaq otları və başqa hansısa həşərata qarşı dərman vurulub. İşçilər də həmin sahədə zəhərləniblər".

Qeyd edək ki, iyunun 10-da axşam saatlarında Saatlı rayonunun Sımada kəndi ərazisində pambıq tarlasında işləyən şəxslər arasında kütləvi zəhərlənmə qeydə alınıb.

VOİCEPRESS.AZ


Ранее » Zəlzələdə infarkt keçirən kişi öldü« Далее Pambıq sahəsində növbəti zəhərlənmə
Flag Counter