Bu şəxslərin maaşı 50% artdı

REGION+

1 026

Bu şəxslərin maaşı 50% artdı
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, sərəncam Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, Sədərək rayon Mərkəzi Xəstəxanasının işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və fəaliyyətin stimullaşdırılması məqsədi daşıyır.

Bununla da Sədərək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilir və İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Sədərək rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq əməkhaqları 2018-ci il fevralın 1-dən 50 faiz artırılır.

Həmçinin sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin və Sədərək Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2018-ci il iyulun 1-dən publik hüquqi şəxsin fəaliyyətini təmin etsin.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə, Səhiyyə Nazirliyinə və Vergilər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.


VOİCEPRESS.AZ

Ранее » Göyçayda torpaq uçqunu: fəhlə öldü« Далее Naxçıvan MR Ali Məhkəməsinə yeni hakim təyin ediləcək