Ağsu dağlarında yanğın - 3 rayonun yanğınsöndürənləri cəlb edildi

REGION+ / Manşet

792

Ağsu dağlarında yanğın - 3 rayonun yanğınsöndürənləri cəlb edildi
Ağsu rayonunda yanğın başlayıb.

VOİCEPRESS bildirir ki, yanğın bu gün saat 14:00 radələrində Ağsunun Nöydü kəndi ərazisindəki yüksək dağlıq ərazidə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağsu, İsmayıllı, Kürdəmir və Şamaxı rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.

Yanğın dağlıq ərazidə baş verdiyi üçün hadisə yerinə yanğınsöndürən avtomobillərin cəlb edilməsi mümkün olmayıb. Yanğının əllə söndürülməsi üçün iş aparılır. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi baş verdiyi hələ ki, məlum deyil.

Bundan başqa, Ağsunun Kalva kəndi ərazisindəki yüksək dağlıq ərazidə kol-kos və quru ot sahəsi yanır. Yanğının söndürülməsi üçün əraziyə Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin işçiləri cəlb olunub.

VOİCEPRESS.AZ


Ранее » Xızıda yol çəkilişi zamanı məzarlıq aşkarlandı - Video« Далее Əli Həsənov Cocuq Mərcanlıya getdi
Flag Counter