• 10:03 – Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar? 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 

Bərdənin elektrik təsərrüfatı yenidən qurulur

Bərdə rayonunda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Rayonun elektrik təsərrüfatı yenidən qurulur.

Bərdə Rayon İcra Hakimiyyətindən VOİCEPRESS-ə bildiriblər ki, 2016-cı ildə rayonun Əmirli, Dəymədağıldı, Kərimbəyli, Darğalar kəndlərinin, Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkələri yenidən qurulub. 612 ədəd 10 kilovoltluq (kV), 3612 ədəd 0,4 kV-luq yeni beton və metal dirəklər basdırılıb, 420 ədəd yeni sayğac quraşdırılıb, 31,9 kilometr naqillər yenisi ilə əvəz edilib, 79,3 kilometr uzunluğunda SİP kabel çəkilib.

İl ərzində 182 ədəd 10/04 kV-luq transformator yarımstansiyası, 1490 ədəd qüsurlu sayğac yeniləri ilə əvəz edilib, Qaradəmirçi yarımstansiyasında 3 ədəd KRN-10 vakuum açarı, Canavarlı yarımstansiyasında Qapalı yarımstansiya quraşdırılıb.

Hazırda Tumaslı, Cumalar, Lənbəran, Əyricə, Kələntərli, Qasımbəyli, Mollalı, Şirvanlı və Xanərəb kəndlərinin elektrik şəbəkələrinin yenidən qurulması istiqamətində işlər aparılır. Mirzalıbəyli kəndi ərazisində yeni qidalandırıcı yarımstansiyanın, elektrik şəbəkəsinin inzibati binasının tikintisinə hazırlıq işləri görülür.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter