Goranboy rayon İcra hakimiyyəti başçısının köməkçisi qəzada öldü

REGION+ / Manşet

1 282

Goranboy rayon İcra hakimiyyəti başçısının köməkçisi qəzada öldü
Goranboyda baş verən ağır yol qəzasında ölənlərin kimlikləri məlum olub.

VOİCEPRESS xəbər verir ki, hadisə yerində ölən, "Niva"nın sürücüsü Əliyev Fuad Əli oğludur. Ağır xəsarət alaraq xəstəxanaya aparılan zaman yolda ölənlər isə rayonun Dəliməmmədli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musayev Elsevər Yusif oğlu və Abbasqulular kənd sakini 1991-ci il təvəllüdlü Kazımov Rəşad Müslüm oğludur.

Qeyd edək ki, "Niva" nın sürücüsü Fuad Əliyev Goranboy rayon İcra hakimiyyəti başçısının köməkçisidir.

*****

Goranboyda ağır yol qəzası baş verib.

VOİCEPRESS xəbər verir ki, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

"NİVA" və "VAZ21011" markalı avtomobillərin toqquşması nəticəsində "Niva"nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və "VAZ 21011" də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər. İlkin məlumata görə, dünyasını dəyişən "Niva"nın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.


VOİCEPRESS.AZ

Ранее » Mübariz Qurbanlı Biləsuvarda vətəndaşları qəbul edəcək« Далее Gəncədə “Gəncliyini qoru gələcəyin üçün!” adlı layihə həyata keçirilib