Müəllimlərlə bağlı yeni qaydalar

Ölkə içi / Manşet

3 911

Müəllimlərlə bağlı yeni qaydalar
Müəllimlərin iş yerinin dəyişdirilməsinin iki forması mövcuddur:
"Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları" ilə bağlı bir sıra dəyişiklik olub.

Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqənin keçirilməsi ilə əlaqədar aparılan dəyişikliklərə əsasən, vakant yerlərin seçim sayı 8-dən 4-ə endirilib. Yer tutan namizədlər həmin yerdən imtina edərlərsə, müsabiqənin növbəti yerləşdirilməsində iştirak edə bilməzlər. Əvvəlki illərdə vakant yerlər elektron ərizə doldurularkən seçilirdisə, bu il bu proses test imtahanından sonra mümkün olacaq.

Nazirliyin 28.03.2016-cı il tarixli 165 nömrəli əmri ilə "Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları" təsdiq edilib. Həmin qaydalara əsasən, ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi, eləcə də müəssisələrə müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Müəllimlərin iş yerinin dəyişdirilməsinin iki forması mövcuddur:

- eyni rayon (şəhər) daxilində iş yerinin dəyişdirilməsi;
- bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) iş yerinin dəyişdirilməsi.

Müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən (rayon (şəhər) təhsil şöbələri (idarələri)) müəyyən edilmiş qaydada həyata keçirilir. İş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi prosesi 1-10 may tarixlərində aparılır. İş yerini bu formada dəyişmək istəyən şəxslər təhsili idarəetmə orqanlarına müraciət etməlidirlər.


VOİCEPRESS.AZ


Ранее » Kommunal borclarınız və cərimələrinizi telefonla öyrənin« Далее Bu gün və sabah bağlı olacaq yollar
Flag Counter