Sumqayıtda yük maşını sərnişin avtobusuna çırpılıb

Ölkə içi / Manşet

1 263

Sumqayıtda yük maşını sərnişin avtobusuna çırpılıb
Sumqayıtda yük maşını sərnişin avtobusuna çırpılıb.

VOİCEPRESS.AZ xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.

Sürətlə hərəkətdə olan "Shacman" markalı yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını əvvəlcə "Mercedes" markalı minik maşınına dəyib, daha sonra isə dayanacaqda dayanmış sərnişin avtobusuna arxadan çırpılıb. Sumqayıt-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində 3 saylı marşrut xətti ilə hərəkət edən avtobusda qəza zamanı sərnişinlər olub. Zərbənin gücündən avtobus yanı üstə aşıb.

Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə sərnişin təcili yardım avtomobilləri ilə xəstəxanalara aparılıb. Lakin Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən bildirilib ki, onlarda qəza nəticəsində xəsarət alanların sayı və şəxsiyyəti barədə məlumat yoxdur.

Faktla bağlı araşdırmalar davam etdirilir.


VOİCEPRESS.AZ


Ранее » Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub« Далее Bakıda kommunal bina yandı
Flag Counter