Tanınmış rəssamdan müstəqilliyimizin 25 illiyinə möhtəşəm hədiyyə

Ölkə içi / Maraq / Mədəniyyət / Manşet

2 513

Tanınmış rəssamdan müstəqilliyimizin 25 illiyinə möhtəşəm hədiyyə
Tanınmış rəssam, Günay Mehdizadə 18 oktyabr Azərbaycan respublikasının müstəqilliyinin elan olunmasının 25 illik ildönümünə Ulu Öndər Heydər Əliyevin portretini çəkməklə qeyd edib. VOİCEPRESS-in verdiyi xəbərə görə, Günay xanım bu haqda sosial şəbəkədə məlumat verib. O bildirib ki, Artıq uzun müddətdir Ümumilli Liderimizin portreti üzərində çalışmalara başlayıb: "Bundan əvvəl də, heydər Əliyevin portretini çəkmişəm. Amma bir rəssam kimi deyə bilərəm ki, Heydər Əliyevin üz cizgilərində o qədər anlam və o qədər müdriklik əks olunub ki, onu bir bütün şəkildə insanlara çatdırmaq həqiqətən də, böyük məsuliyyət tələb edir. Sevinirəm ki, mən bu işin öhdəsindən layiqincə gəlmişəm... Daha dəqiq desək, rəssam ekspertlərimiz hələ bununla ilgili hər hansısa bir münasibət bildirməyiblər. 1991-ci ildə elan olunmuş müstəqilliyi və sabitliyi bir tək günümüzə qədər məhz Heydər Əliyev gətirib çıxra biolərdi".


Xatırladaq ki, vətənpərvər və hümanist rəssam xanım Günay Mehdizadənin çəkdiyi Atatürkün portreti Türkiyənin Atattürk muzeyi tərəfindən alınıb. Həmin rəsm əsəri hal-hazırda Türkiyədə Atatürkün ev muzeyində sərgilənir. Ümid edirik tanınmış, gənc rəssamımızın Ulu Öndər Heydər Əliyevin bu möhtəşəm rəsmi daha böyük və hətta beynəlxalq arenalarda sərgilənəcəkdir.



Ulkər Musazadə

« Далее Teleaparıcı İlkin Həsəninin toyundan FOTOlar
Flag Counter