Elman Babayev: 135 762 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur

Ölkə içi / Manşet

984

Elman Babayev: 135 762 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur
Dövlət sosial yardım sisteminin elektron əsasda qurulması nəticəsində aztəminatlı ailələrin bu sistemə daha sadə və rahat şəkildə çıxış imkanı mövcuddur.
Azərbaycanda ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmış infrastrukturunun yaradılması, beləliklə, aztəminatı ailələrin sosial yardım proqramından heç bir məmura müraciət etmədən, şəffaf şəkildə faydalanmalarına imkan verən bir sistemin qurulması ölkəmizdə son illərdə innovativ texnologiyaların tətbiqi sahəsində əldə olunan mühüm nailiyyətlərdən biridir.
Bu gün əmək və sosial müdafiə sahələri üzrə digər avtomatlaşdırılmış sistemlər kimi, bu elektron sistem də idarəetmə və xidmətlər sahəsində mütərəqqi elektron təcrübə kimi dünyada təbliğ olunur.

Bunu VOİCEPRESS.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.


VOICEPRESS.AZ


Ранее » Azərbaycanda şəxsiyyət vəsiqələrində yenilik« Далее Xəbərdarlıq: qeyri-sabit hava şəraiti, sulu qar, qar
Flag Counter