Avstriyalı jurnalist qanunsuz olaraq Qarabağa gedib

Ölkə içi / Manşet

561

Avstriyalı jurnalist qanunsuz olaraq Qarabağa gedib
Avstriyanın "Profil" jurnalının əməkdaşı Martin Staudinger rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər edib.

VOİCEPRESS.Az bildirir ki, səfərinin yekunu olaraq yazdığı "Cəbhə xəttində: Qarabağ ətrafında savaş" məqaləsində müəllif birtərəfli mövqe tutaraq aprel döyüşlərini Ermənistanın mövqeyindən işıqlandırır.

Ştaudinger Talış kəndi və digər təmas xəttində yerləşən kəndlərdə olaraq yerli sakinlərdən də açıqlamalar alıb.

Avstriyalı jurnalistin Qarabağa qanunsuz səfəri və obyektivlikdən uzaq yazısı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiya verəcəyi gözlənilir.


VOİCEPRESS.AZ


Ранее » Ağstafada 100 yaşlı körpü yenidən qurulur« Далее Ana bətnində məhv edilən qızlar - Bu gün onların günüdür