Bu gün Xocavənd rayonunun işğalından 24 il keçir

  • 2-10-2016, 10:49
  • 1 489
Bu gün Xocavənd rayonunun işğalından 24 il keçir
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 350 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir.

Beləliklə, 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Laçın-1992-ci il 18 may tarixdə, Kəlbəcər-1993-cü il 2 aprel tarixdə, Ağdam-1993-cü 23 iyul tarixdə, Cəbrayıl-1993-cü il 23 avqust tarixdə, Füzuli-1993-cü il 23 avqust tarixdə, Qubadlı-1993-cü il 31 avqust tarixdə, Zəngilan-1993-cü il 29 oktyabr tarixdə) ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600 - dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışdır.

Bu gün Azərbaycanın ən gözəl guşələrindən biri olan Xocavənd rayonunun işğalından 24 il keçir. Xocavənd rayonu 2 oktyabr 1992-ci il tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Bu gün Xocavənd rayonunun işğalından 24 il keçir

O Azərbaycan rayonu ki, son Qarabağ savaşında erməni silahlıları tərəfindən soyqırıma məruz qalıb. Faciə zamanı ağlagəlməz, insanlığa sığmayan vəhşiliklər edilən Xocəvənd kəndində kütləvi qırğın törədilib. İstər hərb qanunlarına, istərsə də bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqlarına sığmayacaq səviyyədə soyqırıma "imza atan" erməni qəsbkarları qırğın zamanı rayonunun, bütün tarixi abidələri, qaynaqları da məhv ediblər.

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.


Bu gün Xocavənd rayonunun işğalından 24 il keçir

Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövriyəsi haqqında" Paris Konvensiyasının müddəalarını pozaraq işğal etdilkəri bütün torpaqlarımızda mədəni sərvətlərimizi talayıb.

P.S Bütün dünya bu haqsızlığa hələ də susur!


Aysel İsgəndərova

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Bu gün, 00:35Ərdoğan: “Sən kimsən ki, Türkiyə prezidentinə göstəriş verirsən?” Dünən, 22:41Azərbaycan neftinin qiyməti Dünən, 20:38Mülki insanları hədəfə alan Ermənistan barbar siyasətini davam etdirir" Hikmət Hacıyev Dünən, 18:14Türkiyə Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətindədir Dünən, 18:02Ermənistanın baş naziri Azərbaycanda skuter sürüb əylənir Dünən, 17:57Türkiyəli siyasətçilər və ziyalılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər Dünən, 15:24Prezident İlham Əliyev Göygöl rayonunda səfərdədir Dünən, 15:22Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur Dünən, 15:20Deputat atasına heykəl qoyulmasından DANIŞDI Dünən, 15:15Moskvaya mesaj: Qərb Kiyevdə parada hazırlaşır Dünən, 15:00Azarkeşlər UEFA-nı donuza bənzətdilər Dünən, 14:18Neft bahalaşdı Dünən, 13:03Azərbaycanda deputat atasına heykəl qoydurdu, qalmaqal yarandı Dünən, 12:58Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı işini yekunlaşdırdı Dünən, 12:12Ermənistanda zabitləri pərişan edən əmr verildi Dünən, 12:04Kopenhagen" Azərbaycana qadağa qoydu - Söyüşə görə Dünən, 09:16Ukrayna Pxenyana görə cavab verəcək - Zaxarova Dünən, 09:11Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır Dünən, 09:06Tramp strateji məsələlər üzrə müşavirini istefaya göndərib Dünən, 09:00Barselonada terrorçuların hamısı öldürülüb Dünən, 07:13Fici və Tonqa adalarında 6,3 və 6,4 bal gücündə zəlzələlər olub Dünən, 06:08Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti kritikdir Dünən, 05:04Qadınların ömrünü nə uzadır? Dünən, 03:21Yaddaşı gücləndirmək üçün - 9 qayda 18-08-2017, 19:04“Veritas Group” - Təhsil Mərkəzi elmli gələcəyin yetişməsinə xidmət edir! 18-08-2017, 17:32Bir neçə ölkənin sabiq prezidentləri Bakıda toplanacaq 18-08-2017, 17:28Ərdoğan Bakıya niyə gəlir? 18-08-2017, 16:53Müdafiə Nazirliyi ermənilərin yaydığı dezinformasiyalara cavab verdi 18-08-2017, 16:50Nazirlikdən tələbələrin köçürülməsi və ixtisas dəyişməsi ilə bağlı açıqlama 18-08-2017, 16:39Jirinovskinin Qafqazda doğma oğlu yaşayırmış 18-08-2017, 16:35Saxta məktəbli formasını necə fərqləndirməli? 18-08-2017, 16:24"Qarabağ bizim torpağımız deyil!" 18-08-2017, 15:42Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatı keçirilir 18-08-2017, 15:30Ərdoğan Azərbaycana gələcək 18-08-2017, 15:01Dövlət qulluğuna qəbulun keçid balları - SİYAHI 18-08-2017, 12:05Ekspert: "Payız mövsümündə dolların kəskin bahalaşacağına dair iddialar əsassızdır" 18-08-2017, 11:57XİN: Barselona terrorunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb 18-08-2017, 11:54Rusiya, Türkiyə və İran Suriyada birgə hərbi əməliyyatlara başlaya bilərlər 18-08-2017, 11:52Yığmamız bu dəfə məğlub oldu 18-08-2017, 11:49İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi
Все новости
VİDEO
© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir