Əsl kərə yağını necə tanıyaq?

Ölkə içi / Manşet

1 409

Əsl kərə yağını necə tanıyaq?
Kərə yağları azərbaycanlıların qida rasionunun vazkeçilməzi hesab edilir. Əksəriyyət kərə yağlarından yalnız səhər yeməyində deyil, həm də bütün yeməklərin hazırlanmasında istifadə edir. Yüksək qidalı xüsusiyyətlərinə görə kərə yağı zəifləmiş insanlar, uşaqlar, hamilə və uşaq əmizdirən qadınlar üçün olduqca xeyirlidir.

Kərə yağı həzm proseslərinə yaxşı təsir edir, allergik və nəfəsalma sistemi xəstəliklərinin (hətta vərəmin və astmanın) profilaktikasında böyük rol oynayır, immun sistemini möhkəmləndirir, sinir sisteminin fəaliyyəti üçün olduqca vacibdir, insanın iş qabiliyyətini və beyinin fəaliyyətini yaxşılaşdırır.

Bəs istifadə etdiyimiz yağların tərkibi nə dərəcədə təmizdir?

Kərə yağı tünd sarı rəngdə olmamalıdır. Kərə yağını kəsəndə eyni rəngli qatlar görünməlidir. Normal kərə yağı ilə qatqılı kərə yağını dükanda bu cür ayırd etmək olar. Yaxınlaşsınlar mağazada yağ bölməsinə. Görəcəklər ki, bütün yağlar eyni temperaturda qoyulub. Sıxıb baxsınlar. Hansı yağ bərkdirsə, o təmiz kərə yağıdır. Hansı yağ eyni temperaturda olmasına baxmayaraq boşdursa, o təmiz kərə yağı deyil. Əsl kərə yağı kəsiləndə parçalanıb tökülməlidir, səlis kəsilməməlidir. Ona görə də kərə yağının donma temperaturu daha azdır, nəinki qatqılı yağlar. Kərə yağlarının qatqılı olub-olmamasını o cür yoxlamaq olar. Kərə yağını əritməklə, onun qoxusu ilə də bunu ayırd etmək olur. Amma dükandan alarkən yuxarıda sadaladığım formada yoxlaya bilərsiniz.

Ənənəvi kərə yağının yağlılığı 82,5% təşkil edir. Əgər yağın bağlanmasında digər rəgəmlər (daha aşağı faiz) göstərilibsə, bu o deməkdir ki, bu məhsul təbii kərə yağı deyil. Kərə yağı öz faydalı xüsusiyyətlərini folqadan olan bağlamada daha yaxşı saxlayır. Bu səbəbdən belə bağlamalarda olan kərə yağına üstünlük verin.


Aysel İsgəndərova

VOİCEPRESS.AZ


Ранее » 16 yaşlı məktəblini intihara aparan ŞOK SƏBƏBLƏR« Далее Sürücülük vəsiqələrinin verilmə qaydaları dəyişdirildi- ya...
Flag Counter