AMEA-dan Afaq Məsuda CAVAB: "Azərbaycan dilini bilmir"

Ölkə içi / Manşet

864

AMEA-dan Afaq Məsuda CAVAB:
"Azərbaycan dilinin "Orfoqrafiya lüğəti"ni hazırlayan alimlər ölkədə və xaricdə tanınmış akademiklərdir. Necə ola bilər ki, akademiklər Azərbaycan dilindən xəbərsiz olsun? Ağamusa Axundov, Nəriman Seyidəliyev, Aydın Ələkbərov, Nadir Məmmədli, İsmayıl Məmmədli, yoxsa Bəhruz Abdullayev Azərbaycan dilindən xəbərsizdir? O xanım özü dilçiləri tanımır".

VOİCEPRESS.Az publika.az-a istinadən bildirir ki, bunu açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədli Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsudun "Orfoqrafiya lüğəti"ni Azərbaycan dilindən tam xəbərsiz insanlar hazırlayıb" fikrinə münasibət bildirərkən deyib.

İ.Məmmədli lüğətdə bəzi sözlərin səhv verilməsinə də aydınlıq gətirib:

"Bu lüğəti hazırlayanlar illərdir lüğətçiliklə məşğul olur. Mən özüm 40 ildən çoxdur lüğətçiliklə məşğulam. Necə ola bilər ki, mənim qrammatikadan xəbərim olmasın? O jurnalistdir, dildən, lüğətdən xəbəri yoxdur. Lüğətin hazırlanması elə prosesdir ki, orada səhvlər ola bilər. Ağamusa Axundov 2004-cü ilin lüğətini hazırlayanda 9 sözü verməyi unutmuşdu. Əliheydər Orucovun hazırladığı 1975-ci il nəşrində "stəkan" sözü yox idi. Sözlər yaddan çıxa bilər. Lüğət daim təkmilləşir. Əvvəlki lüğətdə iki cür yazılan - yorğun və yorluq, kəsəkəs və kəsakəs kimi sözlər var idi. Bu səhvi 2013-cü il nəşrində aradan qaldırmışıq. Hər nəşrdə lüğət bir az da təkmilləşir. Səhvlər tədricən düzəlir. Lüğət kollektiv işdir, İsmayıl Məmmədlinin əsəri deyil. Ola bilər ki, korrektədə müəyyən dəyişiklik edilə bilər".

İ.Məmmədli A.Məsudun lüğətdəki bəzi sözlərin süni şəkildə təşkil etdiyi, dili "söz ehtiyatımızı artıraq" devizi altında minlərlə əcaib, qondarma sözlərlə doldurulması barədə fikirlərinin əsassız olduğunu deyib:

"Onun fikrinə görə, ehtiyac yoxdur, mənə görə ehtiyac var. Əgər sözlər dildə varsa, işlədilirsə, onu lüğətə salmalıyıq. Ehtiyac olmazsa, o sözü işlədərlər? Ola bilər ki, o, Azərbaycan dilini bilmir. O, heç babası Əli Vəliyevin kitablarını oxumayıb".

A.Məsud Tərcümə Mərkəzi tərəfindən lüğət hazırlandığını bildirib. Bu da dildən istifadə edənlərin sözü yazarkən hansı lüğətə əsaslanacağı ilə bağlı sual yaradır. İ.Məmmədov bildirdi ki, lüğət hazırlamaq Dilçilik İnstitutu Lüğətçilik şöbəsinin işidir.

"Bizim institut rəhbərliyi tərəfindən Tərcümə Mərkəzinə bu barədə məlumat verilib. Lüğətin hazırlanması bizə tapşırılıb. Bu məsələdə onların kommersiya marağı var. Qiyməti 28 manat olan 25 min tirajla nəşr olunan kitabın satışından yaxşı gəlir götürə bilərlər".


VOİCEPRESS.AZ

Ранее » Ağ şəhərin "yeraltı dünyası" da olacaq« Далее Bakı nəqliyyatında gözlənən yeniliklər
Flag Counter