• 22:31 – Putin Şimali Koreya lideri ilə Vladivostokda görüşəcək 20:44 – İstanbulda 4 mərtəbəli bina uçdu 20:09 – Qafqaz almanlarının nəvə və nəticələri Göygöldə - FOTO 19:45 – Gömrükçülər üçün təlimə start verildi 17:33 – Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi - FOTO 
  • 14:45 – Moskvada Qarabağ danışıqları yekunlaşdı - YENİLƏNİB 
  • 11:05 – İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ 
  • 17:18 – Qazaxda yol tikintisinə 6,8 milyon manat ayrıldı 

Regiondakı hərbi qüvvələr balansı Azərbaycanın xeyrinədir

"İsgəndər" operativ-taktiki raket komplekslərinin (OTRK) hətta Ermənistana məxsus olmasını fərz etsək belə, bu, regiondakı hərbi qüvvələr balansının Azərbaycanın xeyrinə olmasına maneə yarada bilməz.

VOİCEPRESS.Az bildirir ki, bu fikri ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanın müstəqilliyinə həsr olunmuş hərbi parada hazırlıq məqsədilə keçirilən məşqlərdə "İsgəndər" komplekslərinin nümayiş olunması ilə bağlı bildirib.

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikası, silahların keyfiyyəti və kəmiyyəti baxımından Ermənistan tərəfini xeyli üstələyir. Ordumuzun silahlanmasındakı minlərlə müxtəlif hücum və müdafiə sistemi dağıdıcı xarakterinə və məhvetmə xüsusiyyətinə görə ölkəmizə təhlükə mənbəyi ola biləcək istənilən hərbi obyekti darmadağın etmək qabiliyyətindədir.

"Ölkəmizə qarşı yönələn istənilən təhdidə daha sərt və qəti cavab vermək imkanına malik Azərbaycan Ordusunun görəcəyi adekvat tədbirlər, daxili siyasi ziddiyyətlər və iqtisadi böhran içərisində olan Ermənistanın tam iflasına gətirib çıxara bilər", - deyə ehtiyatda olan polkovnik bildirib.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter