Müəllim olmaq istəyənlərə şad xəbər

Ölkə içi / Elm və kəşf / Manşet

10 524

Müəllim olmaq istəyənlərə şad xəbər
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.
VOİCEPRESS.Az bildirir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 3-5 sentyabr tarixlərində müvafiq namizədlər şəxsi səhifələrinə daxil olmaqla, təklif edilən vakant yerləri seçə biləcəklər.

Əlavə yerləşdirmədə əvvəlki seçim zamanı tutulmamış 1558 yer və müsabiqə başa çatandan sonra yaranan yeni vakansiyalar elan ediləcək.

Əlavə yerləşdirmə başa çatdıqdan sonra vakant yeri tutmaq hüququ əldə edən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Qeyd olunan mərhələdən uğurla keçən namizədlər müəllim adını qazanacaqlar.


VOİCEPRESS.AZ

« Далее Kimyaçı alimimiz vəfat edib